Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

Kubanın ölkəmizdəki səfiri ilə görüş

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timuçin Əfəndiyev Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Omar Medina Quintero ilə görüşmüşdür.

Görüşdə ali təhsil ocağının rektoru, professor Timuçin Əfəndiyev hörmətli qonağa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin keçdiyi şərəfli yoldan və ənənələrindən geniş danışmışdır. Bildirilmişdir ki, müsəlman Şərqində ilk bədii təhsil ocağı olan bu universitet yaradıldığı vaxtdan bir sıra ölkələr üçün də xeyli görkəmli sənətkarlar hazırlamışdır. Azərbaycan mədəniyyətinin inkişafında bu ali məktəbin misilsiz rolunu nəzərə alaraq hörmətli Prezidentimiz İlham Əliyev cənabları universitetin 90 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında fərman imzalamışdır. Rektor həmçinin universitetin xarici əlaqələri, o cümlədən dünyanın 26 nüfuzlu universiteti ilə əməkdaşlıq müqavilələrinin imzalanması haqqında qonağa məlumat vermişdir. Professor Timuçin Əfəndiyev bildirmişdir ki, Kuba Respublikası ilə xoreoqrafiya, rəssamlıq sənətləri üzrə istər tələbə, istərsə də professor-müəllim heyəti mübadiləsi və yaradıcılıq sərgiləri təşkil etmək faydalı olardı.

Öz növbəsində səfir Omar Medina Quintero  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gəlməsindən və bu universitetdə gördüklərindən məmnun olduğunu bildirmişdir. O, universitetin tələbəsinin "Eurovision-2013" mahnı müsabiqəsində qazandığı qələbə münasibəti ilə rektoru təbrik etmişdir. Səfir universitetin zəngin ənənələri haqqında geniş məlumata malik olmasını bildirməklə yanaşı, Kubanın bədii təmayüllü ali məktəblərinin də məhz bu universitetlə yaradıcılıq əlaqələrinin yaradılması arzusunda olduğunu diqqətə çatdırmışdır. Səfir həmçinin qeyd etmişdir ki, ölkələrimiz arasında dostluq əlaqələri mövcuddur və bu əlaqələrin genişləndirilməsi üçün əlindən gələni edəcək.  

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov