Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

Salyanda yeni məktəb binasının açılışı olmuşdur

 

Bu günlərdə Salyan rayonu Boranıkənd kəndində yeni məktəb binasının açılışı olmuşdur. Tədbirdə rayonun təhsil ictimaiyyəti ilə birgə kənd sakinləri, ziyalılar və digər şəxslər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Salyan RTŞ-ın müdiri Ədalət Bədəlov  ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğısından danışmışdır. Təhsil ocağının müasir tələblərə cavab verən geniş, işıqlı sinif otaqları, laboratoriyalar və bütün lazımi avadanlıqlarla təchiz olunduğu nəzərə çatdırılmışdır.

Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev cənablarının apardığı xarici siyasət sahəsindəki uğurlarından, ölkədə aparılan genişmiqyaslı tikinti işlərindən danışmışdır. Bildirilmişdir ki, təhsilə və təhsil işçilərinə dövlət qayğısını möhtərəm Prezident daim diqqət mərkəzində saxlayır.

Sonra icra başçısı qırmızı lenti kəsərək məktəb kollektivinə uğurlar arzulamış, işində fərqlənən müəllimləri fəxri fərmanla təltif etmişdir.

Açılış mərasimində çıxış edən şəhid anası A.Kərimova, veteran müəllim F.Qəhrəmanov, məktəbin müəllimi A.Babayev və başqaları yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov