Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

Balaca fidanların bayram şənliyi

 

Bu günlərdə Bakıdakı 8 nömrəli tam orta məktəbin I "b" sinfində  "Əlifba" bayramı keçirilmişdir. Bayram tədbirini ibtidai sinif müəllimi  Minaxanım Hüseynzadə açaraq bildirmişdir ki, bu gün birincilər öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Sonra söz balaca fidanlara verilmişdir. Zövqlə bəzədilmiş zalda  arzu və istəklərini  iştirakçılarla bölüşməyə tələsən  balaca fidanların sevinci yerə-göyə sığmırdı. Azərbaycanın Dövlət himninin səslənməsi ilə  başlanan bayram tədbirində birincilər kompozisiyalar, səhnəciklər nümayiş etdirmiş və nağıllar aləminə səyahət etmişlər. Onlar özlərini nağıllardakı personajların qəhrəmanlarına bənzətməklə maraqlı obrazlar yaratmışlar. Balaca fidanlar ana dilimizlə yanaşı, ingilis və rus dillərində də doğma Azərbaycanımızı, anaları, əziz müəllimlərini tərənnüm edən şeirlər, bayatılar, yanıltmaclar söyləmiş, mahnılar ifa etmişlər. Əllərində  gül dəstələri tutmuş balaca fidanların  milli və dünya rəqslərini məharətlə ifa etmələri tədbiri rövqləndirmişdir. Uşaqların nümayiş etdirdikləri "Cırtdan" və "Zoluşka", "Tıq-tıq xanım" səhnəcikləri müəllim və valideynlərdə  xoş ovqat yaratmışdır.

Tədbirdə çıxış edən məktəbin direktoru  Aytən Baxşıyeva gələcəyin  qurucuları olan birincilərə xoş arzularını bildirmişdir. Qeyd etmişdir ki, bu gün birincilər üçün unudulmaz bir gündür. "Əlifba"nı  başa vurmaqla  onlar təhsildə ilk uğurlarını qazanmışlar.

Sonda sinif müəllimi  Minaxanım  Hüseynzadə  yetirmələri ilə qürur hissi keçirdiyini, onların xoş soraqlarını eşidəcəyinə əmin olduğunu, məktəbin adını daim uca tutacaqlarını, vətənə layiqli  övladlar olacaqlarını vurğulamışdır.

Sözlü - nəğməli bayram  şənliyi "Yaşa Azərbaycan" mahnısı ilə  başa çatmışdır. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov