Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Qafqaz Universitetinin tələbələri Meksikada keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcəklər

 

Qafqaz Universiteti Sahibkarlığın inkişafı və Tədqiqatları Mərkəzinin tələbə üzvləri həyata keçiridikləri biznes və sosial layihələri ilə Azərbaycanın 13 ali məktəbi arasında Bakıda Monolit Plazada keçirilən Azərbaycan Sahibkarlıq Yarışmasında (Enactus) iştirak etmişlər. Yarışmada uğur qazanaraq Azərbaycan çempionu olmuş komanda sentyabrda Meksikada keçiriləcək dünya sahibkarlıq çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanmışdır.

Qafqaz Universiteti Enactus komandası yarışda iki sosial və iki biznes layihəsi ilə iştirak etmişdir. "Yaşıl şəhərcikdən - yaşıl Bakıya" adlı layihənin məqsədi universitetlərdə kağız tullantılarını azaltmaq və mərkəzləşdirilmiş təkrar kağız emalı sistemi formalaşdırmaqdır. Layihənin ikinci mərhələsində Qafqaz Universitetinin tələbələri yerli şirkətlərdən biri ilə razılaşaraq kağız torbaların istehsalını təşkil edəcək və nəticədə ətraf mühit üçün daha təhlükəli olan plastik paketlərə alternativ olaraq Bakı şəhərindəki supermarketlərə kağız torbalar təklif olunacaq.

Sahibkarlığın İnkişafı və Tədqiqatları Mərkəzinin tələbə üzvləri tərəfindən idarə edilən "Əl-ələ" layihəsi universitetə yaxın ərazilərdə yaşayan aztəminatlı ailələr ilə kiçik biznesə başlamağı qarşılarına məqsəd qoymuşdur. Azgəlirli ailələr üçün əlavə gəlir təmin etməkdən başqa, bu layihənin digər məqsədi kiçik biznes üçün planlanmanın aparılması və kiçik bizneslə bağlı riskləri idarə etmək üçün bu ailələri maarifləndirməkdir.

Qafqaz Universiteti komandası tərəfindən təqdim olunan digər iki biznes layihəsinin məqsədi isə iki yerli şirkətə öz bazar payını artırmaq və nəticədə beynəlxalq bazarlara daxil olmaq üçün yardım etməkdir. Bu iki biznes layihəsində Qafqaz Universitetinin tələbələri bu şirkətlərin yeni məhsulları üçün marketinq və təchizat zənciri strategiyaları hazırlamış və e-ticarətin qurulmasına kömək etmişdir.  

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov