Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Təhsil naziri Bağça-Məktəb-Lisey Kompleksində keçirilən "Son zəng" mərasimində iştirak etmişdir

 
Böyütmək üçün şəkili seçin

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov mayın 31-də Bakı şəhərindəki Bağça-Məktəb-Lisey Kompleksində keçirilən "Son zəng" mərasimində iştirak etmişdir.

Müəllimlər, şagirdlər, məzunlar və onların valideynləri qarşısında çıxış edən nazir qeyd etmişdir ki, məzunlar indi böyük həyata qədəm qoyurlar. Mikayıl Cabbarov ali, orta ixtisas və ilk peşə məktəblərinə qəbul imtahanlarında abituriyentlərə uğurlar və inkişaf üçün yorulmaq bilmədən səy göstərməyi arzu edərək bildirmişdir ki, Azərbaycan onlara ümidlə baxır.

Müasir Azərbaycanın gələcəyi üçün sağlam, vətənpərvər, yüksək təhsilli gənclərin yetişdirilməsində valideynlərin də üzərinə mühüm vəzifələr düşdüyünü nəzərə çatdıran təhsil naziri məktəb-valideyn əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.

Məktəbdə təhsil üçün yaradılmış yüksək şəraitdən söz açan Mikayıl Cabbarov bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə qayğısının bariz nümunəsi kimi dəyərləndirmişdir.

Cari ildə məktəblərin buraxılış - 9-cu və 11-ci siniflərini 216 mindən çox şagird bitirəcəkdir. Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012-2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı isə 26 137 nəfər təşkil edəcəkdir. Bu tədris ilində nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələrini 10 399 nəfər tələbə bitirəcək.

 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov