Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Texnoparkın ilk müsabiqəsi başa çatmışdır

 

Qafqaz Universiteti Texnoparkının geniş əhatəli layihəsi olan Yeni Fikir Müsabiqəsi başa çatmışdır. Qeyd edək ki, əsas məqsədi gənclər arasında sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi olan və üç mərhələdə keçirilən müsabiqədə iştirak üçün 150 komanda yeni iş fikri ilə müraciət etmiş, onlardan 81-i layihələşdirilərək qeydiyyatdan keçmişdir. Müsabiqənin gedişində aparılan ilkin qiymətləndirmə nəticəsində 57 yeni iş fikri 2-ci mərhələyə vəsiqə qazanmışdır. Aprelin 19-20 tarixlərində yeni iş fikri müəlliflərinin münsiflər heyəti qarşısında təqdimatları ilə həyata keçirilmiş 2-ci mərhələdə 19 yeni iş fikri finala vəsiqə qazanmışdır.

Bu günlərdə Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində müsabiqənin finalı olmuşdur.

Yekun mərhələnin proqramına uyğun olaraq müxtəlif qurumların təmsilçilərindən  yaradılmış nüfuzlu münsiflər heyəti tərəfindən finala vəsiqə qazanmış layihə qruplarının təqdimatları dinlənilmişdir.  Müsabiqənin yekun nəticələrinə əsasən "Alternativ yanacaq" layihə qrupu (Qafqaz Universitetinin tələbələri) I, "Iwanna" layihə qrupu (ATU, TR Qazi Universiteti və Qafqaz Universitetinin tələbələri) II, "Hyper Buyer" layihə qrupu (Qafqaz Universiteti və BDU-nun tələbələri) III, "Pobototexniklər" layihə qrupu (ADİU və Qafqaz Universitetinin tələbələri) IV, "Gənc riyaziyyatçılar"  layihə qrupu (Qafqaz Universitetinin tələbələri) isə V olmuşdur.

Qafqaz Universitetində qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. Mərasimi Qafqaz Universiteti Texnoparkının direktoru, dosent İsa Qasımov açaraq yeni fikir müsabiqəsi və onun final mərhələsinin gedişi barədə məlumat vermişdir.

Müsabiqə iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Sonra qaliblərin adları açıqlanmış və onlar müvafiq dərəcəli diplomlarla mükafatlandırılmışlar. Qaliblərə habelə "Azercell Telekom" MMC-nin hədiyyələri verilmişdir.

Diplomları qaliblərə təqdim edən Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç, müsabiqənin münsiflər heyətinin üzvlərindən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, həmin nazirliyin İnformasiya Cəmiyyətinin inkişafı şöbəsinin rəisi İsfəndiyar Əliyev, Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hacıyeva, "Azərsun Holdinq"in baş direktoru Ahmet Yaman, SİNAM şirkətinin direktoru Əbülfət Rəhmanov, "Multimedia" İnformasiya Sistemləri və Texnologiyalar Mərkəzinin direktoru Osman Gündüz və başqaları onlara öz layihələrini reallaşdırmaqda uğurlar arzulamışlar.

Qeyd olunmuşdur ki, müsabiqənin şərtlərinə əsasən 5 ən yaxşı iş fikrinin müəllifləri təklif etdikləri ideyaların gerçəkləşdirilməsi üçün  Qafqaz Universiteti Texnoparkının İnkubasiya Mərkəzində bir il müddətində ofislə təmin ediləcəklər. Ən yaxşı 3 iş fikrinin müəllifləri isə bununla yanaşı Türkiyənin qabaqcıl universitetləri olan Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti, Yıldız Texniki Universitetinin texnoparklarında da 1 aylıq ofis imkanı əldə edərək bu texnoparkların ekosistemindən istifadə edə biləcəklər. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov