Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Firudin bəy Köçərlinin 150 illik yubileyinə həsr olunmuş tədbir

 

İyunun 4-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Firudin bəy Köçərlinin 150 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı dövlət başçısı cənab İlham Əliyevin "Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifpərvər Firudin bəy Köçərlinin 150 illik yubileyi haqqında" 14 fevral 2013-cü il tarixli Sərəncamına əsasən keçirilən yubiley tədbirinin böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Qeyd edilmişdir ki, çoxşaxəli yaradıcılığı ilə seçilən Firudin bəy Köçərli ədəbi tənqid, ədəbiyyatşünaslıq, bədii ədəbiyyat, təhsil sahəsində çox böyük xidmətlər göstərmişdir. F.Köçərli Azərbaycan ədəbiyyatşünaslığına gəldiyi ilk gündən Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsinə böyük əmək sərf etmişdir.

Rektor A.Naxçıvanlı bildirmişdir ki, F.Köçərli Qori Müəllimlər Seminariyasında fəaliyyət göstərdiyi müddətdə azərbaycanlıların təhsilə cəlb olunmasında, təhsillərini başa vurmasında böyük xidmətləri olmuş ziyalılardan biridir. Qori Müəllimlər Seminariyasında Azərbaycan bölməsinin bağlanmaq təhlükəsi yarananda, məhz F.Köçərli məsuliyyəti öz üzərinə götürərək, böyük çətinliklə də olsa, Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsini Qazaxa köçürməyə müvəffəq olmuşdur. Xalqımızı sevməyən insanlar onun ölümünə zəmin yaratmış və arxivini də məhv etmişlər. Lakin F.Köçərlinin zəngin irsinin aşkarlanmasında ondan sonra fəaliyyət göstərən ədəbiyyatşünasların böyük rolu olmuşdur.

Sonra Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının professoru Təyyar Cavadov "XIX əsrin sonu - XX əsrin əvvəllərində ədəbi proses və F.Köçərli", professor Zaman Əsgərli "Firudin bəy Köçərli Azərbaycan ədəbiyyat tarixçiliyinin banisi", dosent Nazilə Abdullazadə "Firudin bəy Köçərlinin ədəbi görüşlərində Füzuli yaradıcılığı", Azərbaycan dili və tədrisi metodikası kafedrasının dosenti Vaqif Qurbanov "F.Köçərli və nitqin aydınlığı məsələsi" mövzularında çıxış etmişlər.  

AMİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov