Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Maraqlı konsert proqramı

 

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi Səməd Vurğun adına Azərbaycan Dövlət Rus  Dram Teatrının səhnəsində  maraqlı konsert proqramı ilə çıxış etmişdir. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsertdə kiçik, orta və böyük yaş qrupuna daxil olan 200-dən artıq uşaq öz istedad və bacarığını  nümayiş etdirmişdir. Konsertdə  kollektivin üzvləri şeirlər söyləmiş,  mahnılar səsləndirmiş, "Qaval",  "Qaytağı", "Lakkuti"  və digər milli rəqslərimizlə  yanaşı, dünya xalqlarının rəqslərini də nümayiş etdirmişlər. Dövlət Uşaq Filarmoniyasının nəzdində yaradılmış Musiqili  Uşaq Teatrının üzvləri  olan balaca istedad sahibləri  də çıxış edərək sevimli nağıllardan və cizgi  filmlərindən  hazırladıqları səhnəciklərlə tamaşaçıların alqışlarını qazanmışlar.  Musiqili  Uşaq Teatrının və Dövlət  Filarmoniyasının tərkibində fəaliyyət göstərən "Şəms" xorunun konsertdəki  çıxışları da onların böyük səhnədə ilk debütləri kimi  qəbul olunmuşdur.

Qeyd edək ki, 1991-ci ildən fəaliyyət göstərən  Azərbaycan Dövlət Uşaq  Filarmoniyasının kollektivinə 4-20 yaş arası uşaq, yeniyetmə və gənclər daxildir. Burada rəqs, xor, simfonik uşaq orkestri, vokal qrupu, xalq çalğı alətləri ansamblı və  digər kollektivlər fəaliyyət göstərir. Balacaların ifa etdikləri  musiqi nömrələrini dinləyərkən, milli və dünya xalqlarının  rəqslərini,  səhnəcikləri seyr edərkən onların gələcəkdə  böyük istedad sahibi olacaqlarına şübhə qalmır. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov