Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Ağsu məktəbliləri fərqlənmişlər

 

Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xasidən aldığımız məlumatda bildirilir ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibəti ilə keçirilən müxtəlif tədbirlərdə Ağsu rayonunun məktəbləri də fəal iştirak etmişlər. Rayonun Qəşəd kənd tam orta məktəbinin komandası "Cəsurlar" hərbi idman yarışlarında respublika üzrə üçüncü yeri qazanmışdır. Eləcə də rayonun 4 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Salatın Məmmədova bədii qiraət üzrə respublikada üçüncü olmuşdur.

Ağsu rayon 3 nömrəli orta məktəbin VI sinif şagirdləri Gülnar Qəniyeva, Sənan Qaçayev, Fidan Mehdiyeva, Pərviz Qədirov və 4 nömrəli məktəbin X sinif şagirdi Pərviz Qədirov respublika rəsm müsabiqəsində bacarıqla iştirak etmişlər. Həmin şagirdlərin rəsm əsərləri respublika kataloquna daxil edilmişdir.

Rayonun Bico kənd tam orta məktəbinin şagirdi Salatın Pəncəlizadənin Heydər Əliyev mövzusunda yazdığı inşa rayon turunda bəyənildikdən sonra respublika turuna dəvət edilmiş, həvəsləndirici mükafata layiq görülmüşdür. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov