Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Beş təmsilçimiz Delfi Oyunlarının mükafatını qazanmışdır

 

Rusiya Federasiyasının Novosibirsk şəhərində Müstəqil Dövlətlər   Birliyinə üzv olan ölkələrin gəncləri arasında 8-ci açıq Delfi Oyunları keçirilmişdir.

On doqquz nominasiya üzrə keçirilən oyunlarda 21 ölkədən, o cümlədən Rusiya Federasiyasının subyektlərindən təxminən 2500 gənc iştirak etmişdir. Azərbaycan komandası yeddi nominasiya üzrə (fortepiano, skripka, təsviri incəsənət, milli vokal, estrada oxuma, xalq musiqi aləti və di-djey) 11 nəfər istedadlı gənclə təmsil olunmuşdur. Di-djey nominasiyasında Eldar Məmmədov ikinci yeri tutaraq gümüş medala və diploma layiq görülmüşdür. Skripka nominasiyasında Bakı şəhəri Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Süleyman Eyyubov, xalq musiqi alətləri nominasiyasında F.Əmirov adına 6 nömrəli Onbirillik Musiqi Məktəbinin kamança ixtisası üzrə şagirdi Samir Hüseynov, estrada nominasiyasında gənc müğənni Xana Həsənova və Milli  Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzi nəzdində musiqi məktəbinin şagirdi İslam Qasımov Delfi Oyunlarının diplomantı adını qazanmışlar. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov