Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Şahmat turniri başa çatmışdır

 

Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq edilmiş Təqvim Planına əsasən 27 may - 04 iyun 2013-cü il tarixlərində "Təhsil" Respublika İdman Mərkəzi Balakən rayonunda rayon Uşaq-Gənclər Şahmat Məktəbilə birlikdə 28 may - Respublika Gününə həsr edilmiş məktəblilərin respublika şahmat turniri keçirmişdir.

"Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini  İbrahim Məmmədovdan aldığımız məlumatda  bildirilmişdir  ki,  turnirin  məqsədi  Azərbaycanda  şahmatın  inkişaf  etdirilməsi  ilə  bağlı  Dövlət  Proqramının  qarşıya  qoyduğu vəzifələrin həyata keçirilməsi,  məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunması,  respublikamızda,  xüsusən  bölgələrdə şahmatın inkişaf  etdirilməsidir.

Turnirdə respublikanın şəhər və rayonlarından  oğlan və qızlardan ibarət 29 komanda iştirak etmişdir. İsveçrə sistemilə 9 turdan ibarət olan yarışda 148 məktəbli-şahmatçı 6 yaş qrupunda medallar uğrunda mübarizə aparmışdır.

Yarışın açılış və bağlanış mərasimlərində "Təhsil" Respublika İdman Mərkəzi, Azərbaycan Şahmat Federasiyası və Balakən Rayon İcra Hakimiyyətinin rəhbərləri iştirak etmişlər.

Yarışda I, II və III yerləri tutan şahmatçılar "Təhsil" Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplom və medalları və Balakən Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri ilə təltif edilmişlər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov