Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Turnirə yekun vurulmuşdur

 

Ulu öndər Heydər Əliyevin  anadan olmasının  90  illik yubileyi ilə əlaqədar idman məktəblərinin yetirmələri  arasında futbol üzrə turnir keçirilmişdir. 1999-2000-ci il təvəllüdlü oğlanların iştirakı ilə keçirilən yarışda 2 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, 14 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, 18 nömrəli Uşaq-Gənclər İdman Məktəbi,  "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Xocəsən komandası, Mərkəzi Ordu İdman Klubu, "Zirvə" İdman Klublarından ümumilikdə 160 nəfər idmançı iştirak etmişdir.

14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin  direktoru Vüqar Hüseynovdan aldığımız məlumatda bildirilmişdir ki, dörd turdan ibarət turnirdə I yerə "Zirvə" komandası, II yerə 9 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, III yerə isə 14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin komandaları çıxmışlar. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov