Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Birinci xanım Mehriban ƏLİYEVA: Azərbaycan artıq altıncı dəfə "Eurovision" mahnı müsabiqəsində uğurla təmsil olunmuşdur

 

Böyütmək üçün şəkili seçin İyunun 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında İsveçin Malmö şəhərində keçirilmiş "Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı Fərid Məmmədovu müsabiqənin finalında uğurlu çıxışına və mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiyinə görə təbrik etmişdir.

Mehriban xanım Əliyeva artıq altıncı dəfədir ki, "Eurovision" mahnı müsabiqəsində ölkəmizin uğurla təmsil olunduğunu vurğulamışdır. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın bu müsabiqədə yüksək səviyyədə iştirakının dövlətimiz tərəfindən daim dəstəkləndiyini qeyd etmiş, ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu bildirmişdir. Mehriban xanım Əliyeva bütün bu uğurları həm də böyük bir komandanın nailiyyəti kimi dəyərləndirmişdir.

Azərbaycanın müsabiqədə həmişə yüksək yerlərdə qərarlaşdığını vurğulayan Azərbaycanın birinci xanımı ölkəmizi "Eurovision-2013"də təmsil edən Fərid Məmmədovu bir daha təbrik etmiş, ona uğurlar arzulamışdır.

Fərid Məmmədov da ona göstərilən diqqət və qayğıya görə birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov