Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Çinin Minzu Universiteti BDU ilə əməkdaşlıqda maraqlıdır

 

İyunun 10-da Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Çinin Minzu Universitetinin prorektoru Song Minin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Akademik Abel Məhərrəmov nümayəndə heyətinə BDU haqqında məlumat vermişdir. Çinin Minzu Universitetinin prorektoru Song Min təmsil etdiyi universitet haqqında danışmış və  BDU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdir.

Qarşılıqlı maraq doğuran görüşün sonunda universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanmışdır.

Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırmaq məqsədilə təcrübə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər əks olunmuşdur. Bundan başqa, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak da nəzərdə tutulmuşdur.

Görüşdən sonra qonaqlar BDU-nun tədris və elmi-tədqiqat laboratoriyaları ilə tanış olmuşlar. 

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov