Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

NDU-da Heydər Əliyev Universitetinin növbəti məşğələsi

 

Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin "Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası" mövzusunda 171-ci məşğələsi keçirildi. Məşğələdə əvvəlcə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.           

Məşğələni giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru Saleh Məhərrəmov açaraq Milli Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyətindən danışaraq bildirdi ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməklə Azərbaycanı dövlət müstəqilliyini itirmək, vətəndaş müharibəsi, siyasi parçalanma kimi faciələrdən xilas etmişdir. Qeyd olundu ki, ulu öndərin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə  davam etdirilməsi nəticəsində Azərbaycan, o cümlədən Naxçıvan  Muxtar Respublikası dinamik inkişaf yolundadır. Azərbaycan xalqı bundan sonra da Heydər Əliyev ideyalarını yaşadacaq, onun layiqli siyasi varisi olan İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasətini dəstəkləyəcək.

Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev mövzu ətrafında geniş məruzə etdi. 1993-cü il hadisələrini Azərbaycan tarixinin dönüş nöqtəsi kimi xarakterizə edən məruzəçi bildirdi ki, məhz ulu öndərin siyasi fəaliyyəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun da haqlı olaraq qeyd etdiyi kimi, "Müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışında tapdı". Ümummilli lider  Heydər Əliyevin iqtisadiyyatın inkişafı, milli ordu quruculuğu, demokratik idarəetmə sisteminin yaradılması, qətiyyətli xarici siyasətin müəyyənləşdirilməsi istiqamətindəki mühüm xidmətləri sayəsində Azərbaycan dünyanın inkişaf etmiş dövlətlərindən birinə çevrildi. Azərbaycandakı bugünkü misligörünməmiş inkişaf zamanın dahisi, böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsi, bu siyasətin uğurlu davamının məntiqi nəticəsidir.

Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, dosent Zəhmət Şahverdiyev çıxışında vurğuladı ki, xalqın taleyüklü məsələlərinin uğurlu həlli, ölkədə milli həmrəyliyin, sülh və demokratiyanın bərqərar olması, xarici siyasət istiqamətindəki qətiyyətli addımlar, gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi ümummilli liderin adı ilə bağlıdır. Məşğələdə dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı slaydlar da nümayiş etdirildi. 

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov