Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Gənclər Heydər Əliyev ideyalarına sadiqdirlər

 

Lənkəran Dövlət Universitetində Azərbaycan Tələbə Gənclər  Təşkilatları  İttifaqının (ATGTİ)  hesabat konfransı keçirilmişdir.  Konfransın moderatoru, LDU Tələbə-Gənclər Təşkilatının sədri Uğur Qurbanzadə tədbirin məqsəd və vəzifələrini açıqlamışdır.

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra ATGTİ-nin hesabatı dinlənilmişdir. Tuğay Kərimovun məruzəsində qeyd edilmişdir ki, ATGTİ hesabat dövründə ideya-siyasi cəhətdən daha da möhkəmlənmiş, təşkilatların sayı 83-ə çatdırılmışdır. Hesabat ilində 45 mindən çox tələbə gənclər təşkilatının tədbirlərində iştirak etmişdir.

Sonra konfransın moderatoru cənub regionu tələbə-gənclər təşkilatlarının fəaliyyəti barədə hesabat vermişdir. ATGTİ-yə üzv olmaq üçün müraciət edən tələbə-gənclər təşkilatlarının adları oxunmuşdur. Açıq səsvermə yolu ilə ATGTİ-yə 26 yeni üzv qəbul olunmuşdur.

"Tələbə-gənclərin şəbəkələşməsində TGT-lərin rolu" mövzusunda panel dinləmələrində Lənkəran Dövlət Universitetinin magistrantı Seymur Murtuzayev, Azərbaycan Müəllimlər İnstitutu Cəlilabad filialı Tələbə-Gənclər Təşkilatının sədri Şəbnəm Məstəlili, Astara Pedaqoji Kollecinin Tələbə-Gənclər Təşkilatının sədri Abbas İbrahimli və başqaları tələbə-gənclərin təşkilatlanması, gənclər təşkilatlarının ictimai fəallıqlarının artırılması, tələbələrin asudə vaxtlarının təşkilinin vacibliyi yollarından danışmışlar. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gəncliyə diqqət və qayğı onun fəaliyyətinin prioritet istiqamətlərindən olmuş, Azərbaycanda gənclər siyasətinin təməli qoyulmuşdur. Ulu öndərin dəstəyi nəticəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə, gənclər siyasəti isə dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.

Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin bu gün uğurla inkişaf etdirilərək fədakarlıqla, yüksək işgüzarlıqla həyata keçirildiyini bildirmiş, dahi rəhbərin ideyalarına daim sadiq qalacaqlarını, 2013-cü il prezident seçkilərində yenidən İlham Əliyevi dəstəkləyəcəklərini bildirmişlər.

Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elmin, təhsilin və mədəniyyətin inkişafına yönələn diqqət və qayğıdan, bu istiqamətdə universitetdə həyata keçirilən tədbirlərdən danışmışdır. Rektor universitetdə gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə hörmət ruhunda, peşəkar mütəxəssis və vətənpərvər vətəndaş kimi tərbiyə olunması istiqamətində həyata keçirilən tədbirlərdən də söz açmış, universitet tələbə-gənclər təşkilatının ali məktəbin ictimai həyatındakı fəaliyyətində bəzi məqamlara toxunmuşdur.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vüsal Nəsirli gənclərin ölkənin ictimai-siyasi həyatında rolundan, gənclər qarşısında duran vəzifələrdən danışmışdır. 

Tədbirdə respublikanın müxtəlif ali və orta ixtisas təhsili məktəbləri tələbə-gənclər təşkilatlarının nümayəndələri iştirak edirdilər.  

Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat və informasiya xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov