Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Dövlət İdarəçilik Akademiyasında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən söhbət açılmışdır

 

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.   AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin akademiyadakı büstü önünə gül dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən və ulu öndərin hakimiyyəti illərində əldə olunmuş nailiyyətlərdən söhbət açmışdır. Bildirmişdir ki, 1993-cü ildə - ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində ictimai-siyasi sabitlik bərpa olunmuş, vətəndaş müharibəsinin qarşısı alınmışdır.

Rektor ulu öndərin layiqli varisi Prezident İlham Əliyevin yeni inkişaf strategiyasından və onun bəhrələrindən danışmış, qazanılan uğurlar sayəsində ölkəmizin iqtisadi potensialının və nüfuzunun daha da artdığını qeyd etmişdir. Vurğulanmışdır ki, dövlətimizin başçısının "qara qızılı insan kapitalına çevirmək" siyasəti həyatda öz təsdiqini tapır, Azərbaycan təhsilinə və elminə dəyərli töhfələr verir.

Tədbirdə Milli Məclisin deputatları Aydın Mirzəzadə, Qənirə Paşayeva və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək 1993-cü ildə Azərbaycanın böyük təhlükələrlə üz-üzə qaldığını, vətəndaş müharibəsinin astanasında dayandığını xatırlatmışlar. Bildirilmişdir ki, dahi şəxsiyyət və böyük dövlət xadimi Heydər Əliyevin həmin həyəcanlı iyun günlərində yenidən hakimiyyət sükanı arxasına keçməsi Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmişdir. Qısa müddətdə ölkədə siyasi-iqtisadı sabitlik yaratmağa nail olan ulu öndər dövlətimizin və millətimizin qurtuluşuna imza atmışdır.

Qeyd edilmişdir ki, ən yeni tariximizin ən mühüm hadisələrindən birinin - ümummilli lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsinin 20 ili tamam olur. Milli Qurtuluş Günü adı almış həmin hadisə yaddaşlara əbədi həkk olunmuşdur.

Tədbirdə çıxış edənlər vurğulamışlar ki, Azərbaycanın xilaskarı, milli dövlətimizin memarı və qurucusu kimi bu fenomen şəxsiyyətin adı tarixə qızıl hərflərlə yazılmışdır. Ulu öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamı hər bir soydaşımızın qəlbində əks-səda verir, hamımızı birliyə və həmrəyliyə səsləyir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov