Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası

 

Naxçıvan Özəl Universitetində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası" mövzusunda "Heydər Əliyev" lektoriyası keçirilmişdir.

Lektoriyanı giriş sözü ilə  universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirmişdir ki, Milli Qurtuluş Günü xalqımızın həyatında ən mühüm mərhələnin başlanğıcıdır. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıtması ilə ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş əhəmiyyətli addımlar atılmışdır. 

Lektoriyada "Milli Qurtuluş Günü Azərbaycan milli dövlətçiliyinin xilas günüdür" mövzusunda məruzə ilə çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə anarxiyanın, hərc-mərcliyin qarşısı alınmış, xalqımız düşdüyü bəlalardan xilas olmuşdur. Xalqımızın dahi oğlu qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurmasını aradan qaldırmış, cəmiyyət həyatının bütün sahələrini əhatə edən uğurlu islahatların həyata keçirilməsini təmin etmişdir.

Natiq çıxışında onu da vurğulamışdır ki, zamanı tarixləşdirən, əbədiləşdirən qüdrətli və müdrik şəxsiyyətlərdir. Tarix əbədiliyi, zaman keşməkeşliyi, bəşəriyyət isə azad və firavan həyatı üçün belə insanlara, şəxsiyyətlərə borcludur. Biz ulu öndərə ona görə borcluyuq ki, dahi şəxsiyyət öz tarixi qayıdışı ilə müstəqilliyimizi, bütövlükdə Azərbaycanımızı xilas etmişdir.

Vurğulanmışdır ki, ötən müddət ərzində respublikamız böyük inkişaf yolu keçmiş, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişafın bəhrələrini muxtar respublikamızda hər bir sahədə görmək mümkündür. Ümummilli liderin müəyyən etdiyi inkişaf və tərəqqi strategiyası, ulu öndərin ideyalarına sədaqət bu qədim diyarın tanınmaz dərəcədə dəyişməsinə səbəb olmuşdur.

Lektoriyaya İbrahim Kazımbəyli yekun vurmuşdur. 

Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov