Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

"Ətraf mühitin mühafizəsində gənc nəslin rolu"

 

Ali məktəb tələbələrinin  ətraf mühit sahəsində  bilik və bacarıqlarının artırılması məqsədilə "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Tələbələrlə yanaşı, ictimaiyyət nümayəndələrinin də  iştirak etdiyi tədbirdə dövlətin ekologiya sahəsində həyata keçirdiyi  uğurlu siyasət və bu istiqamətdə gənc nəslin fəal rolundan söhbət açılmışdır. Çıxışlarda gənclərin  ətraf mühit sahəsində  bilik və bacarıqlarının artırılmasının  zəruriliyi diqqətə çatdırılmışdır. Tədbir iştirakçılarına iqlim dəyişmələri, yaşıl iqtisadiyyat və davamlı inkişaf və s. mövzularda geniş məlumat verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

"Dəyirmi masa"da ətraf mühitin mühafizəsi sahəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin, əhali arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulanmışdır. Qeyd olunmuşdur ki, təbiətin büllur gözəllikləri  olan flora və faunasının göz bəbəyi tək qorunması gələcəkdə sağlam cəmiyyətin formalaşmasına xidmət edəcək. 

SİFAİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov