Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Region gəncləri üçün ekoloji təlim

 

"Yaddaş" Maarifçi Gənclər İctimai Birliyi "Ətraf mühit və təhlükəsizlik: ekoloji maarifləndirmə proqramı" adlı layihənin icrasına start vermişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi nəticəsində reallaşdırılan layihənin məqsədi gənclərdə ətraf mühitə ziyan vurmadan təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlı bilik və bacarıqlar, davranış vərdişləri formalaşdırmaqdır.

Layihə çərçivəsində Balakən və Qəbələdə aktiv gənclər üçün ətraf mühit və təhlükəsizliklə bağlı təlimlər keçirilmişdir. Təlim iştirakçıları Azərbaycanın ekologiya sahəsində qoşulduğu beynəlxalq konvensiyalar ilə tanış olmuş və ətraf mühitin qorunması sahəsində fikir mübadiləsi aparmışlar.

Təlimlər zamanı həmçinin regionda yaşayan gənclərin ətraf mühitin mühafizəsinə daha aktiv cəlb edilməsi yolları müzakirə edilmişdir. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov