Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Gəncədə alman dili müəllimləri üçün təkmilləşdirmə kursu təşkil edilmişdir

 

Gəncə Dövlət Universitetində bu təhsil ocağının alman dili kafedrası və Alman Akademik Mübadilə Xidmətinin birgə təşəbbüsü ilə təkmilləşdirmə kursu təşkil edilmişdir.

AzərTAc xəbər verir ki, alman dili müəllimlərinin təkmilləşdirilməsi, onların başqa ali təhsil ocaqları ilə mübadiləsini təmin etmək məqsədilə keçirilən kurslarda Gəncə Dövlət, Azərbaycan Dövlət Aqrar və Azərbaycan Texnologiya universitetlərinin müəllim və tələbələri iştirak etmişlər.

Alman Akademik Mübadilə Xidmətinin direktoru Nicola Ullisch çıxış edərək alman dilinin inkişaf etdirilməsi, bu sahəyə marağın artırılması üçün görülən işlərdən danışmış, müəllimlərin dərslik və digər əyani vasitələrlə təminatında bütün imkanların olduğunu diqqətə çatdırmışdır.

Sonda müzakirələr aparılmış, kursu bitirənlərə sertifikatlar təqdim olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov