Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Tələbə təqaüdləri sentyabrın 1-dən artacaq

 

Rusiya Federasiyasında 2013-cü il sentyabrın 1-dən təqaüd fondunun 5,5 faiz indeksləşdirilməsi planlaşdırılmışdır. Beləliklə, orta ixtisas təhsili proqramları üzrə təhsil alan tələbələr üçün təqaüdlərin normativi 487 rubl təşkil edəcək. Ali məktəb tələbələri üçün bu rəqəm 1340, aspirantlar üçün 2637, ordinatorlar üçün isə 6717 rubl olacaqdır. Bu rəqəmlər Təhsil və Elm Nazirliyi işçi qrupunun Rusiya Federasiyası hökumətinin təqaüd təminatı haqqında qərar layihəsinin müzakirəsinə həsr olunmuş iclasında gətirilib. İşçi qrupunun tərkibinə ölkənin aparıcı universitetlərinin, RF Xalq Təhsili və Elm İşçiləri Həmkarlar İttifaqının, Rusiya Tələbələr İttifaqının və digər ictimai təşkilatların nümayəndələri daxil edilmişlər.

Sosial təqaüdlərin normativlərinə gəldikdə isə, o, orta ixtisas üçün ayda 730 rubl, ali təhsil üçün 2010 rubl təşkil edir. Əlbəttə,  bu heç də o demək deyildir ki, bütün tələbələr eyni təqaüd alacaqlar. Normativ ali təhsil müəssisələrinin təqaüd vermək üçün alacaqları ümumi vəsaiti hesablamaq üçündür. Pulun sonrakı bölüşdürülməsinə rektorluq və tələbə ictimaiyyəti cavab verəcəklər.

İşçi qrupunun iclasında baxılmış digər mühüm bir sənəd isə ali təhsil müəssisələri hazırlıq şöbələrinin dinləyiciləri  üçün təqaüdlər haqqında hökumətin qərar layihəsi olmuşdur. Yaxın zamanlaradək  bu təqaüd ancaq hərbiçi-müqaviləçilərə verilirdi. "Rusiya Federasiyasında təhsil haqqında" yeni Qanuna görə təqaüdü büdcə vəsaiti hesabına hazırlıq şöbələrində təhsil almaq hüququ olan digər kateqoriyalı güzəştçilər də alacaqlar. Sentyabrın 1-dən bu kateqoriyadan olan bütün dinləyicilərə 2000 rubl məbləğində təqaüd müəyyənləşdirmək təklif olunmuşdur.

"Uçitelskaya qazeta"dan hazırladı: Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov