Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

"Sərhəd" hərbi-idman oyunlarının qalibləri mükafatlandırılmışlar

 

 İyunun 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində "Sərhəd" hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Mərasimdə  DSX-nin, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələri, KİV təmsilçiləri və digər qonaqlar iştirak etmişlər. Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilmişdir.

Tədbirdə  Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor İsmayıl Əkbərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov çıxış edərək "Sərhəd" hərbi-idman oyunlarının məqsədi, əhəmiyyətindən, bu oyunun gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsindəki mühüm rolundan danışmış, qalibləri təbrik etmişlər.  Bildirilmişdir ki, Dövlət Sərhəd Xidməti gənclərin Vətənimizə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, onlarda sərhədə və sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirir. Ölkəmizin sərhədyanı rayonlarının məktəbliləri arasında keçirilən "Sərhəd" hərbi-idman oyunları həmin tədbirlərdən biridir.  "Sərhəd" hərbi-idman oyunları artıq 10-cu ildir ki, Dövlət Sərhəd Xidmətinin, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı əsasında təşkil olunur. Qeyd olunmuşdur ki, "Sərhəd"  hərbi-idman oyununun final mərhələsi iyunun 3-dən 11-dək DSX-nin Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində keçirilmişdir.

Bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı əsasında Azərbaycan Sərhəd Mühafizəsinin 94-cü ildönümü ərəfəsində üç mərhələdən ibarət olan "Sərhəd" hərbi-idman oyunları təşkil olunmuşdur. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə bütün mərhələlərdə öz bacarıqlarını tam və sərbəst nümayiş etdirməyə imkan vermişdir. Ordubad rayon internat-məktəbin "Gəmiqaya", Füzuli rayonundakı Mahir Səfərov adına Horadiz şəhər 1 nömrəli tam orta məktəbin "Ərgünəş", Cəlilabad rayonunun Ləkin kənd  tam orta məktəbinin "Ləkin", Lənkəran rayonunun Haftoni qəsəbəsi tam orta məktəbinin "Sərhədçi", Qusar rayonunun Yuxarı Kalanxur kənd tam orta məktəbinin "Samur", Oğuz rayonunun Bucaq kənd tam orta məktəbinin "Sərhədçi", Qax rayonunun Almalı kənd tam  orta məktəbinin "Kürmük", Ağstafa rayonunun Böyük Kəsik kənd tam orta məktəbinin "Sərhədçi" komandaları final turuna vəsiqə qazanmışlar.

Yarışların ümumi nəticələri göstərir ki, məktəbli gənclərimizin qələbə qazanmaq əzmi, hərbi intizama alışmağa göstərdikləri cəhd, sərhədçi peşəsinin incəlikləri ilə maraqlanmaq, sərhəd mühafizəsi işinin təşkili ilə tanış olmaq istəkləri yüksəkdir.  Final oyunlarının birinci mərhələsində respublikamızın 28 sərhədyanı rayonundan 125 məktəbin 625 şagirdi iştirak etmiş, ikinci mərhələyə 26 məktəbin 130 şagirdi qatılmışdır. Səkkiz zonada keçirilən yarışların qalibləri final mərhələsində iştirak etmişlər. 

Final turunda komandalar "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", "Avtomatın sökülməsi və yığılması", "Sərhəd pozucusunun yaxalanması və onun təxliyəsi", "Tüfəngdən hədəfə atəş açmaq", "Maskalanma", "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi" və "Ləpirçilik" mərhələlərində öz bacarıqlarını nümayiş etdirmişlər.

Oyun zamanı toplanan ümumi balların miqdarına görə Ağstafa rayonunun Böyük Kəsik kənd tam orta məktəbinin "Sərhədçi" komandası birinci, Füzuli rayonundakı Horadiz şəhər 1 nömrəli tam orta məktəbin "Ərgünəş" komandası ikinci, Qusar rayonunun Yuxarı Kalanxur kənd tam  orta məktəbinin "Samur" komandası isə üçüncü yerləri tutmuşlar.

Doqquz gün ərzində iştirakçılar asudə vaxtlarında xüsusi məktəbdə yaradılmış şəraitlə tanış olmuş, DSX-nin Sahil Mühafizəsinə, Dövlət Bayrağı Meydanına, Mərdəkan qəsəbəsindəki Dendrari parkına, Dənizkənarı Milli Parka ekskursiyalara aparılmış, çoxsaylı mədəni-kütləvi tədbirlərə, bilik və idman yarışlarına qatılmış, "Sərhədçi" vokal instrumental ansamblının konsertinə baxmışlar. Tədbirin sonunda yarışların final mərhələsinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov