Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Ümumtəhsil məktəbləri  üçün dəyərli vəsait

 

Bu günlərdə Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsil üzrə prorektoru Rahim Əzizovun "Ümumtəhsil məktəblərində peşəyönümü məsələləri" adlı metodik vəsaiti çap edilmişdir. Metodik vəsait Azərbaycan Respublikası təhsil nazirinin 29 oktyabr 2012-ci il tarixli 1668 nömrəli əmrinə əsasən təsdiq edilib çap olunmuşdur. Bu vəsait ümumi orta, tam orta, ilk peşə-ixtisas məktəblərinin şagirdləri və müəllimləri, metodistlər, pedaqoji təmayüllü orta ixtisas və ali təhsil ocaqlarının tələbələri üçün nəzərdə tutulmuşdur.

Metodik vəsait hazırkı dövr və perspektiv üçün mühüm əhəmiyyət kəsb edən bir problemin - ümumtəhsil məktəbləri şagirdlərinin şüurlu şəkildə peşə seçiminə və onunla bağlı iqtisadiyyatın əsasları üzrə ilkin biliklərə, praktik bacarıq və vərdişlərə yiyələnməsinin imkanları və yollarına həsr olunmuşdur.

Yeni nəşrdə Azərbaycan iqtisadiyyatının əsas sahələri üzrə geniş yayılan peşə və ixtisaslar barədə yığcam və asan qavranıla bilən materiallar (peşə-ixtisasqramlar) verilir, ayrı-ayrı fənn proqramlarında, dərslik və dərs vəsaitlərində problem üzrə iş aparılması imkanları, yeri və ümumi məzmunu müəyyənləşdirilir, həyata keçirilməsi metodları göstərilir. Bütün bunlar xüsusi cədvəllərdə verilir. Cədvəl müəllimlərə hərtərəfli istiqamət və kömək edə biləcək məzmunda işlənmişdir.

Kitabda ilk peşə-ixtisas seçiminə verilən əsas tələblər də nəzərə çatdırılır, məktəb təcrübəsi təhlil edilir, nöqsanlar və onları törədən səbəblər, aradan qaldırılması və işin düzgün təşkili yolları işıqlandırılır. Problemin həllinin metodik məsələləri, maddi-texniki bazası haqqında oxucuya faydalı tövsiyələr təqdim edilir.

Vəsaitdə Azərbaycanda iqtisadiyyatının əsas sahələri üzrə geniş yayılan peşə-ixtisaslar, peşə-ixtisas seçimi və ona verilən əsas tələblər, ümumi təhsilin məzmununda peşə-ixtisas seçimi və iqtisadiyyatın əsasları üzrə işin aparılması imkanları, məktəbdə iqtisadi biliklərin öyrənilməsi, peşəyönümü üzrə işin vəziyyəti, maddi-texniki bazası və metodik təminatı, I-IX siniflərdə iqtisadi biliklərin məzmunu və öyrədilməsi yollarından geniş söhbət açılmışdır.

Vəsaitdə qaldırılan məsələlərə dair məzmunlu nəticə və təkliflər verilmişdir. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov