Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 İyun 2013 - №22

 

Təhsil Kompleksində italyan dilinin tədrisinə başlanılması nəzərdə tutulmuşdur

 

İyunun 6-da Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində yeni dərs ilindən italyan dilinin tədrisinə başlanılması münasibəti ilə tədbir keçirilmişdir.

Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirildikdən sonra direktor, əməkdar müəllim Sara Xanlarova tədbiri giriş sözü ilə açaraq rəhbərlik etdiyi təhsil kompleksinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, burada müxtəlif dillərin tədris olunmasından ətraflı danışmışdır. Qeyd  olunmuşdur ki, ilk beynəlxalq status almış dövlət məktəbi kimi bu təhsil müəssisəsi şagirdlərə bir neçə  xarici dilin öyrədilməsini qarşısına məqsəd qoymuşdur. Belə ki, burada məktəblilərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl şəkildə öyrədilir. Direktor yeni dərs ilindən təhsil müəssisəsinin nəzdindəki "Ana məktəb"də italyan dilinin tədris olunmasının nəzərdə tutulduğunu deyərək bundan məmnunluq hissi keçirdiyini bildirmişdir.

Tədbirdə İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti Paola Kazaqrande çıxış edərək  yeni dərs ilindən 132-134 nömrəli Təhsil Kompleksinin nəzdindəki "Ana məktəb"də italyan dilinin tədris olunacağını söyləmişdir.

Sonra tədbir bədii hissə ilə davam etmişdir. "Ana məktəb"in balacalarının ifasında təqdim edilmiş rəqslər, italyan və digər xarici dillərdə söylənilən şeirlər, mahnılar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Tədbirdə İtaliyanın ölkəmizdəki səfirliyinin əməkdaşları iştirak etmişlər.               

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov