1993-cü
ildən ordu quruculuğu prosesi başlamışdır.
Bu proses bu gün də davam etdirilir. Bu illər ərzində
Azərbaycanda nizami ordu yaradılmışdır, ordu
güclənmişdir. Azərbaycan Ordusu artıq nəinki bölgədə,
dünya miqyasında güclü orduların sırasındadır. Ordumuzun
maddi-texniki bazası böyük dərəcədə möhkəmləndirilmişdir.
Hərbi xərclər ildən-ilə artır. Azərbaycanın dövlət
büdcəsində hərbi xərclər birinci yerdədir... Bir sözlə,
orduya diqqət Azərbaycan dövlətinin prioritetidir. Mən
çox şadam ki, cəmiyyət də bu təşəbbüsləri alqışlayır.
Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz
müstəqilliyimizi şərtləndirən amildir... Əminəm ki,
dediyim bütün bu amillər - bizim siyasi gücümüz,
iqtisadi inkişafımız, hərbi gücümüz, Vətənə olan
sevgimiz məsələnin həllinə gətirib çıxaracaq, Azərbaycan
öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı
Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaqdır.
İlham ƏLİYEV |