"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi
təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli
fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci
il 29 may tarixli 88 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə
325) ilə təsdiq edilmiş "Stasionar şəraitdə təhsilin
təşkili Qaydaları"nın 4-cü hissəsi aşağıdakı redaksiyada
verilsin:
"Stasionar tibb müəssisəsində pedaqoji fəaliyyətə
qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən
şəxslər buraxılırlar. Bu zaman onların əməyi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 dekabr
tarixli 203 nömrəli qərarına 1 nömrəli əlavə - "Dövlət
büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan
bölməsinin tabeliyində olan elm və elmi tədqiqat
müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin
ödənilməsinin Vahid Tarif Cədvəli"nə uyğun olaraq ümumi
təhsil müəssisəsinə ayrılmış vəsait hesabına ödənilir".
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu
qərarın icrası ilə bağlı tələb olunan xərclərin
maliyyələşdirilməsini Azərbaycan Respublikası dövlət
büdcəsinin mərkəzləşdirilmiş xərclərinin "Təhsil"
bölməsində nəzərdə tutulmuş vəsait hesabına təmin
etsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 10 iyun 2013-cü il |