Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Azərbaycanlı tələbələr Beynəlxalq Olimpiya Akademiyasının sessiyasında

 

 Beynəlxalq Olimpiya Akademiyası Yunanıstanın paytaxtı Afinada gənclər üçün 53-cü sessiya təşkil etmişdir.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi (GİN) və Beynəlxalq Olimpiya Akademiyası arasında olimpiya təhsili sahəsində əməkdaşlığa dair razılığa əsasən, bu beynəlxalq tədbirə  azərbaycanlı tələbələr də dəvət olunmuşlar.

GİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sessiyada  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4 tələbəsi və 1 müəllimi, o cümlədən 1 məşqçi iştirak edir. Sessiyada tələbələr "Olimpiya dəyərləri", "Olimpizm və sülh", "Olimpizm və humanizm dəyərləri", "Olimpiya hərəkatının tarixi", "Olimpiya təhsili" və digər mövzularda mühazirələr dinləyir, seminarlarda iştirak edirlər.

İyunun 12-də sessiyanın açılış mərasimi keçirilmiş, iştirakçı ölkələrin təqdimatı olmuşdur. Afinanın tarixi yerləri ilə qısa tanışlıqdan sonra iştirakçılar qədim Olimpiya kəndinə yola düşmüşlər. Tədbirin əsas proqramı Olimpiya kəndində həyata keçiriləcəkdir.

Sessiya iyunun 25-dək davam edəcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov