Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Region gənclərinin İnternet resurslarından səmərəli istifadəsi ilə bağlı treninq

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Demokratik Gənclər" İctimai Birliyi iyunun 13-də Siyəzən rayon 2 nömrəli tam orta məktəbdə "Region gənclərinin İnternet resurslarından səmərəli istifadəsi barədə maarifləndirilməsi" layihəsi çərçivəsində treninq keçirmişdir. Gənclərin sosial servislər sahəsində bilik və bacarıqlarının  inkişaf etdirilməsi məqsədi daşıyan treninqdə rayonun orta ümumtəhsil  məktəblərinin gənc müəllimləri, müxtəlif gənclər təşkilatlarının üzvləri iştirak etmişlər.

Treninq iştirakçıları İnternetin imkanlarından daha səmərəli istifadə yolları, təhsil yönümlü İnternet resursları haqqında geniş məlumatlar almışlar. Treninq zamanı həmçinin gənclərə interaktiv mühitdə Facebook, Google, Youtube və digər maraqlı sosial servislərin imkanları barədə də zəruri bilgilər verilmişdir. Onlar fərdi şəkildə bu sosial servislərin  imkanlarından istifadə edərək resurslar hazırlamışlar.

Treninq iştirakçılarına mövzu ilə bağlı müxtəlif elektron və çap materialları da paylanılmışdır.  

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov