Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Naxçıvan Dövlət Universitetində məzun günü

 

Böyütmək üçün şəkili seçinNaxçıvan Dövlət Universitetində məzun günü keçirilmişdir. Əvvəlcə məzunların bu ali təhsil ocağı ilə bağlı xatirələrini əks etdirən "Universitet  dünyası"  adlı  slayd nümayiş olunmuşdur.

NDU-nun rektoru, biologiya elmləri doktoru, dosent Saleh Məhərrəmov çıxış edərək gənclərə şərəfli  tələbə  adını daim uca tutmağı arzulamış,  məzunlarla bağlı ürək sözlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Rektor məzunlara bu bilik xəzinəsində yiyələndikləri sərvəti daim qoruyub saxlamağı və gələcəkdə milli elmin, təhsilin, dövlətçilik və azərbaycançılıq ideyalarının inkişafına layiqli  töhfələr verməyi diləmişdir.

Magistr pilləsinin məzunu, universitetin gənclər təşkilatının sədri Arzu  Abdullayev çıxış edərək sevincini paylaşmış, təhsil müddətində qazandığı biliklərdən, əldə etdiyi nailiyyətlərdən söz açmışdır. Üçüncü  dəfədir ki, məzun həyəcanını yaşadığını qeyd etmişdir: "Çox sevinirəm ki, ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin və hazırda ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin daim diqqət və nəzərdə saxladığı, yüksək fikirlər söylədiyi Naxçıvan Dövlət Universitetinin məzunuyam. Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısına bu universitetdə oxuduğum illərdə şahid olmuşam".  Arzu Abdullayev məzunları bundan sonra da çalışacaqları sahədə ölkəmizin adını uca tutmağa və dövlətimizin, xalqımızın, millətimizin inkişafı, yüksəlişi yolunda irəli getməyə çağırmışdır.

Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli çıxış edərək məzunlara uğurlar arzulamışdır.

Xarici tələbələrin də məzun olduqları tədbirdə universitetin istedadlı tələbələrinin və Tələbə Teatr  Studiyasının rəqs qrupunun ifalarında musiqi və rəqs nömrələri təqdim olunmuş, "Karvan" şən və hazırcavablar klubu üzvlərinin  zarafatları isə iştirakçılarda xoş əhvali-ruhiyyə yaratmışdır. 

Mina QASIMOVA,
NDU-nun Mətbuat
şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov