Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Sumqayıt Dövlət Universitetində imtahan sessiyası davam edir

 

Sumqayıt Dövlət Universitetində yaz semestrinin imtahan sessiyası davam edir. Hazırda əyani şöbə IV kurs tələbələrinin yekun attestasiyası aparılır, I, II və III kurslarda isə semestr imtahanları gedir.

İmtahan sessiyasının təşkili və aparılması Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq şəffaflıq şəraitində həyata keçirilir. Universitetdə imtahan qərargahı yaradılmış, onun tərkibinə təcrübəli və nüfuzlu müəllimlərlə yanaşı, ictimai təşkilatların, Həmkarlar İttifaqı Komitəsi, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı, YAP gənclər birliyinin rəhbərləri daxil edilmişdir. İmtahan qərargahına əlaqə telefonları verilmiş, təklif və şikayətlər üçün xüsusi qutu qoyulmuşdur. İmtahan sessiyası dövründə rektor hər gün tələbə, valideyn və ictimaiyyətin nümayəndələrini qəbul edir. Təklif, problemlər və digər məsələlər obyektiv və operativ şəkildə öz həllini tapır.

İmtahanlar həm yazılı, həm də kompüterlə elektron test tapşırıqları şəklində aparılır. Şəffaflığı təmin etmək üçün imtahanlarda və xüsusən də Münaqişə Komissiyasının iclaslarında valideyn və ictimaiyyət nümayəndələrinin iştirakına da şərait yaradılmışdır.

Gündəlik nəticələr təhlil olunur və daim diqqət mərkəzində saxlanılır. İmtahan sessiyasının nəticələrinə görə kredit borcu olan tələbələr üçün mövcud əsasnaməyə uyğun olaraq yay semestri təşkil olunacaqdır. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov