Gəncə Şəhər Təhsil şöbəsindən verilən məlumata görə,
ümumtəhsil müəssisələrində müşahidə kameraları
quraşdırılmışdır. 9 tam orta məktəbdə bu iş başa
çatdlırılmış, 6 məktəbdə isə davam etdirilməkdədir.
Kameralar əsasən məktəblərin girişində, dəhlizlərdə,
fənn kabinetlərində quraşdırılır. Müşahidə kameralarının
vasitəsilə baş verənləri uzaq məsafədən də izləmək
mümkün olacaqdır. Yeni tədris ilinədək 4, 12, 25, 26, 39
və 40 nömrəli tam orta məktəblərdə və sanatoriya tipli
internat məktəbində müşahidə kameralarının
quraşdırılması başa çatdırılacaqdır. |