Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Beynəlxalq mədəniyyət festivalı keçiriləcək

 

"Azərbaycan-Avropa gənclərinin əməkdaşlığı" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə yeni layihənin həyata keçirilməsinə start vermişdir. "Beynəlxalq mədəniyyət festivalı" adı altında reallaşdırılacaq layihə müxtəlif ölkələrin mədəniyyətlərinin tanıdılmasına, gənclərin bir-biriləri ilə əməkdaşlığının inkişaf etdirilməsinə yönəldilib. Əsas məqsəd mədəniyyətlərarası dialoqun gənclər arasında yaradılması ilə humanitar əlaqələrin inkişaf etdirilməsindən ibarətdir. Bu layihə gələcək əməkdaşlıqda  bir platforma rolunu oynayacaq və beynəlxalq səviyyədə əlaqələr üçün şəbəkə yaradacaq.

"Beynəlxalq mədəniyyət festivalı" layihəsi  25-30 iyun 2013-cü il tarixlərində Bakı və Şəkidə həyata keçiriləcək. Layihə 15 nəfər xarici ölkədən, 5 nəfər isə Azərbaycandan olmaqla ümumilikdə 20 nəfər iştirakçını əhatə edəcək. Xarici iştirakçılar İtaliya, Türkiyə, Çin, Gürcüstan, Polşa və digər ölkələrdəndir. Layihə çərçivəsində hər bir xarici ölkədən olan iştirakçı öz ölkəsinin mədəniyyətini, tarixini təqdim edəcək. Bununla yanaşı,  xarici ölkələrin iştirakçılarına Azərbaycan haqqında geniş məlumatlar veriləcək və onlar üçün Bakının tarixi-mədəni yerlərinə ekskursiyaların  təşkil olunması planlaşdırılmışdır.

Layihə çərçivəsində daha sonra 1 günlük Şəki şəhərinə səfərin təşkili, oranın tarixi yerləri, bütövlükdə Azərbaycanın füsunkar təbiəti ilə ətraflı tanışlıq nəzərdə tutulmuşdur.

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov