Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Qəbələdə  tələbələr üçün arxeoloji düşərgə  təşkil olunmuşdur

 

 Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya  İnstitutunun və Azərbaycan Tələbə  Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunda  təşkil olunmuş arxeoloji düşərgədə  15-ə yaxın ali təhsil ocağından 80 nəfər tələbə iştirak edərək arxeoloji qazıntılarla yaxından tanış olmuş və təcrübə toplamışlar. Tələbələrin iştirakı ilə Qəbələ şəhərinin Səlbir sahəsində  X-XI əsrlərə aid ictimai bina qalıqları, məişət tikililəri, qəbirlər aşkar olunmuşdur. Onlar arxeoloji tapıntıların təmizlənməsi və bərpasında, tikili qalıqlarının plan və cizgilərinin çəkilməsində, qəbirlərin açılmasında kiçik qrup halında işləmişlər.

Qeyd edək ki,  tələbələr  Azərbaycan-Koreya birgə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar və Qəbələ ərazisində aşkar olunmuş arxeoloji materiallardan ibarət eksponatlarla da tanış olmuşlar. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov