Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Bölgələrdə yeni məktəb binaları inşa olunur

 

Regionların sosial-iqtisadi inkişafına dair I və II Dövlət  Proqramlarına müvafiq olaraq Zərdab rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində  ardıcıl tədbirlər həyata keçirilir. Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, son illər rayonda 13 məktəb üçün  yeni binalar tikilib istifadəyə verilmişdir. Hazırda daha 3 kənddə - Çallı kəndində 360, İsaqbağı kəndində 220,  Aşağı Seyidlərdə isə 80 şagird yerlik  təzə məktəb binaları inşa olunur.

Məktəb binalarının hər üçündə  artıq son tamamlama işləri aparılır. Tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək yeni binaların  qarşıdakı dərs ilinədək  istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

***

Respublikamızın bütün bölgələrində olduğu kimi, Şamaxı rayonunda da yeni məktəb və məktəbəqədər təhsil müəssisələrinin tikintisi, mövcud binaların əsaslı təmiri sahəsində işlər davam etdirilir.

Şamaxı Rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə, 2003-2012-ci illər ərzində rayonda 4392 şagird yerlik 20 tam orta, 132 şagird yerlik 1 ümumi orta məktəb binası tikilib istifadəyə verilmişdir. Bu məktəblərdən dördü (Quşçu, Çaylı,  II Cabanı, Saqyan kənd orta məktəbləri) Heydər Əliyev Fondu hesabına inşa olunmuşdur.

Bu dövrdə şəhər 1 nömrəli tam orta məktəbində və Şamaxı Avropa Liseyində əsaslı təmir işləri görülmüşdür.

2012-ci ildən dövlət vəsaiti hesabına tikintisinə  başlanılmış hər biri 80 şagird yerlik II Çaylı, Cabanı, Böyük Xınışlı kənd ümumi orta, Hacılı kənd tam orta və FHN-nin vəsaiti hesabına tikilən 180 şagird yerlik Muğanlı kənd tam orta məktəblərinin inşası yaxın vaxtlarda başa çatdırılacaq və 2013-2014-cü dərs ilində müəllim və şagirdlərin istifadəsinə veriləcəkdir.

Hazırda 1076 şagird yerlik şəhər 6 nömrəli tam orta məktəbində əsaslı təmir işləri aparılır.

Bu il dövlət vəsaiti hesabına 8 yeni - hər biri 80 şagird yerlik Hacıqədirli və Talışnuru kənd tam orta, 320 şagird yerlik Məlikçobanlı, 360 şagird yerlik Mədrəsə qəsəbə, 280 şagird yerlik Şəhriyar qəsəbə tam orta, 180 şagird yerlik Çarhan kənd ümumi orta, hər biri 80 şagird yerlik Şərədil və Məlcək kənd ümumi orta - ümumilikdə 1460 şagird yerlik məktəb binalarının tikilməsi nəzərdə tutulmuşdur. Yaxın vaxtlarda onların inşasına başlanacaqdır.

Ötən il Y.Məmmədəliyev qəsəbəsində 20 uşaq yerlik müasir tələblərə cavab verən körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmişdir. Hazırda isə 90 uşaq yerlik şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni binada son tamamlama işləri aparılır. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov