Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Yaponiyalı tədqiqatçı Bakı Dövlət Universitetində olub

 

İyunun 27-də Yaponiyanın Torpaq və Nəqliyyat Nazirliyinin turizm komitəsinin üzvü, "Kuşiro Şimbun" jurnalının müşaviri İtaru İşi Bakı Dövlət Universitetində olub.

Rektor, akademik Abel Məhərrəmovla görüşən qonaq səfərinin məqsədi haqqında danışıb. Bildirib ki, ilk səfərində universitetin şərqşünaslıq fakültəsinin yapon dili kafedrasında olub və bir dəfə də olsun Yaponiyada olmayan, orada təcrübə keçməyən tələbələrin dil biliklərinin çox yüksək səviyyədə olmasından məmnun qalıb.

Bu səfərində isə ümumən BDU haqqında araşdırma yazısı hazırlamaq və Bakı haqqında yazdığı kitaba bu məlumatları daxil etməkdir.

Rektor Abel Məhərrəmov öz növbəsində tədqiqatçı İtaru İşinin təkliflərini dəyərləndirib və onun maraqlandığı suallara cavab verib. Sonra tədqiqatçı jurnalist BDU-nun elmi laboratoriyalarında və mərkəzlərində olub.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov