Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Naxçıvan Özəl Universiteti ilə Corvinus Universiteti arasında protokol imzalanmışdır

 

Naxçıvan Özəl Universitetinin üç əməkdaşı Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərinə səfər etmişdir. Budapeştin Corvinus Universiteti ilə Naxçıvan Özəl Universiteti arasında qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, digər ali məktəblərdə tətbiq edilən yenilikləri öyrənmək məqsədi ilə protokol imzalanmışdır.

Səfər zamanı ilk olaraq həmin universitetin rektoru, Beynəlxalq əlaqələr şöbəsinin müdiri və xarici dil tədrisi və araşdırma mərkəzinin rəhbəri, sosial elmlər fakültəsinin dekanı, biznes idarəçiliyi fakültəsi daxilində fəaliyyət göstərən beynəlxalq araşdırmalar mərkəzinin direktoru, beynəlxalq araşdırmalar proqramının rəhbəri və test mərkəzinin direktoru ilə görüş keçirilmişdir. Görüş zamanı Corvinus Universitetinin rektoru Zsolt Rostovanyi qonaqları salamlamış və universitet haqqında qısa məlumat vermişdir.

Görüşdə Naxçıvan Özəl Universitetinin rektoru da çıxış edərək universitet haqqında məlumat vermişdir. Səfər zamanı əsasən tələbə və müəllim müadiləsi, iqtisadiyyat ve ingilis dili ixtisasları üzrə tələbə mubadiləsi, beynəlxalq əlaqələr söbəsinin müdiri ilə ortaq layihələrin həyata keçirilməsi, beynəlxalq proqramlarda birgə fəaliyyət kimi məsələlər, ortaq və ikili diplom layihələri, eləcə də Corvinus dil tədrisi və araşdırma mərkəzinin rəhbəri Agota Dobos ilə  ESP (xususi məqsədlər üçün ingilis dili) layihəsi müzakirə edilmişdir.

Qərara alınmışdır ki,  həm ixtisas biliklərinin möhkəmlənməsi, həm də ixtisaslarına uyğun mükəmməl xarici dil biliklərinə yiyələnmək məqsədi ilə 2014-cü ildən etibarən Naxçıvan Özəl Universitetinin bir qrup əməkdaşı Corvinus Universitetinə göndəriləcəkdir. Hər iki universitetin rektorları arasında "Qarşılıqlı əməkdaşlıq" haqqında protokol imzalanmışdır. Ölkələrarası münasibətdə təhsilin önəmli bir yerə sahib olduğunu nəzərə alaraq Corvinus Universiteti ilə Naxçıvan Özəl Universiteti bu sahədə öz üzərlərinə düşən öhdəlik və vəzifələri genişləndirmək, ali təhsil sahəsində birgə fəaliyyət göstərmək üçün elmi əməkdaşlığı genişləndirməyi vacib hesab etmişdir. 

Nuray ƏSGƏROVA,
NÖU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov