Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Bakıda Beynəlxalq gənc siyasətçilər məktəbi təşkil olunacaq

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 3-8  iyul 2013-cü il tarixlərində Bakıda Beynəlxalq gənc siyasətçilər məktəbi təşkil edəcəkdir. Məktəbin təşkilində əsas məqsəd Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq əlaqələrinin, qarşılıqlı əməkdaşlığın yaradılması, ölkəmizin uğurlu dövlət siyasəti barədə geniş məlumatın verilməsi, məktəbin iştirakçılarına Azərbaycan həqiqətlərinin düzgün çatdırılmasıdır.

Tədbir zamanı müzakirə mövzusu əsasən ölkəmizin Avropaya inteqrasiyası, demokratik quruculuqda Avropa təcrübəsi, siyasi elmin əsasları və s. məsələlər olacaqdır. Bütün mövzular çərçivəsində panellərin təşkil edilməsi, eyni zamanda bir çox dövlət qurumlarında görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. 

Məktəb iştirakçıları həmçinin siyasi bilik təcrübəsindən əlavə, Azərbaycanın reallıqları və dövlətimizin demokratik quruculuq sahəsində əldə etdiyi nailiyyətləri barədə də hərtərəfli məlumat alacaqlar.

Sonda isə gənc siyasətçilər şəbəkəsinin yaradılması planlaşdırılmışdır. 

S.KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov