Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan
 Dillər Universiteti
 2013-2014-cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Əlavə ali (orta) ixtisas almaq haqqında" Əsasnaməsinə uyğun olaraq əvvəl pedaqoji ali təhsil almış mütəxəssislər üçün "Xarici dil müəllimliyi" (ingilis, alman, fransız dilləri) ixtisası üzrə qısaldılmış təhsil proqramı əsasında (Azərbaycan və rus bölmələri) bakalavr pilləsinə tələbə qəbulu elan edir:

 

Təhsil forması: əyani və qiyabi 

* Təhsil müddəti əyani şöbədə 2,5 il, qiyabi şöbədə 3 ildir.

* Təhsil ödənişlidir.

* Dərslər müvafiq tədris ilində fevralın 16-dan və sentyabrın  15-dən başlanır.    

* Sənədlər - tədris fevralın 16-da başlayanlar üçün fevral ayının 10-dək, sentyabrın 15-də başlayanlar üçün sentyabr ayının 10-dək qəbul edilir (Ünvan:Təbriz küçəsi, 49, III  mərtəbə, 308-ci otaq).

* Məzunlara aldıqları ixtisaslar üzrə  "Bakalavr" ali təhsil dərəcəsi verilir.  

Fakültəyə qəbul olmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

* rektorun adına  ərizə;

* əvvəlki ali pedaqoji təhsil haqqında diplomun  surəti;

* diploma əlavənin surəti;

* əmək kitabçasından çıxarış; 

* şəxsiyyət vəsiqəsinin surəti;

* təhsilini bu il başa vuranlar üçün azad təyinat haqqında sənəd;

* 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkil. 

Əlavə məlumat almaq üçün hər gün (bazar günündən başqa) saat 10.00-dan 16.00-dək göstərilən ünvana müraciət etmək olar.

Əlaqə telefonları: 564-22-48, (050) 343 -29 - 35  

REKTORLUQ 

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov