Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Lənkəran Dövlət Universitetini bu il 282 nəfər bitirmişdir

 

Lənkəran Dövlət Universitetində məzun günü keçirilmişdir. "Məzun-2013" adlı tədbiri universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov açaraq ali məktəbi bitirmələri münasibətilə məzunları təbrik etmişdir. Bildirmişdir ki, bu il universiteti 11 ixtisas  üzrə 282 nəfər bitirir. Rektor həmçinin qeyd etmişdir ki, 2012-2013-cü tədris ilində universitetdə 2 minədək tələbə təhsil almış, tədrisin keyfiyyəti əvvəlki illərə nisbətən artmışdır. Universiteti indiyə kimi 28 ixtisas üzrə 5 mindən artıq tələbə bitirmişdir.

Lənkəran Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli məzunları müstəqil Azərbaycanın gələcək qurucuları adlandırmış və əmin olduğunu bildirmişdir ki, onlar bundan sonra da ümummilli lider Heydər Əliyevin ideyalarını layiqincə həyata keçirəcəklər.

Universitet valideynlər şurasının sədri Sərhad Məmmədov gəncləri təbrik etmiş, ölkənin hər yerində savadlı, işgüzar gənc kadrlara ehtiyac olduğunu, məzunların etimadı şərəflə doğruldacaqlarını söyləmişdir.

Valideynlər adından çıxış edən Heybət Mirzəyev universitetdə tələbələrə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Məzunlardan Nahid Bağırzadə, Sevinc Şirzadova və Ruslan Mirzəyev çıxış edərək ürək sözlərini söyləmiş, fəaliyyət göstərəcəkləri yerlərdə doğma təhsil ocağının, müəllimlərin adını həmişə uca tutacaqlarını bildirmişlər.

Sonra təhsildə və universitetin ictimai həyatında fərqlənənlərin bir qrupuna fəxri fərmanlar verilmişdir.

Rayon ictimaiyyətinin, təhsil və mədəniyyət müəssisələrinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  müraciət qəbul edilmişdir. Tələbə-gənclər bu ilin oktyabr ayında keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevi dəstəkləyəcəklərini bildirmişlər.

Sonda tələbələr maraqlı konsert proqramı ilə çıxış etmişlər. 

Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat və informasiya xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov