Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Gənclərin təhsil almaları üçün yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlıq ifadə olunmuşdur

 

Böyütmək üçün şəkili seçinİyulun 1-də Azərbaycan  Memarlıq  və İnşaat Universitetində  2012-2013-cü tədris ili məzunlarının təntənəli buraxılış gecəsi keçirilmişdir.

Mərasim başlanmazdan əvvəl rektorluğun, ictimai təşkilatların, professor-müəllim heyəti və tələbə fəallarının, habelə nazirlik, komitə, idarə və müəssisələrin nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin universitetin həyətindəki abidəsi önünə əklil və tər qərənfil dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

AMİU-nun rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova çıxış edərək qeyd etmişdir ki, bu gün zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 38-ci belə bir xoş, əlamətdar gündür ki, məzunların təntənəli buraxılış gecəsinə toplaşmışıq. Başa vurduğumuz tədris ilində universitetimizin bakalavr və magistr pillələrini 1314 nəfər gənc bitirmişdir. Onlardan 108 nəfəri xarici ölkə vətəndaşıdır. Təhsilin bakalavr və magistr pillələrində 92 nəfər tələbə fərqlənmə diplomuna layiq görülmüşdür.

Rektor çıxışında ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qazandığı uğurlardan, habelə universitetin beynəlxalq əlaqələrinin ildən-ilə genişlənən rolundan söhbət açmışdır.

Gülçöhrə Məmmədova çıxışının sonunda məzunları ürəkdən təbrik etmiş, onlara qarşıdakı seçkilərdə fəal olmağı, öz istedad və qabiliyyətləri ilə vətənimizə, xalqımıza layiqli töhfələr verməyi arzulamışdır.

Sonra Milli Məclisin deputatı  Ziyad Səmədzadə çıxış edərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin bu gün uğurla davam etdirdiyi təhsil islahatlarından danışmışdır, bu sahə ilə bağlı imzalanan sənədlərin əhəmiyyətini  diqqətə çatdırmışdır.

Ziyad Səmədzadə Azərbaycan Memarlıq və İnşaat Universitetini sabahın qurucularını hazırlayan elm-təhsil ocağı kimi dəyərləndirmişdir. Burada ölkəmiz üçün çox vacib olan ixtisaslar üzrə mütəxəssislərin hazırlandığını vurğulamış və bildirmişdir ki, AzMİU-nun builki məzunları da respublikamızda geniş vüsət alan tikinti, quruculuq və abadlıq işlərində fəal çalışacaqlar.

Tədbirdə çıxış edən inşaat fakültəsinin məzunu Nigar Süleymanlı, nəqliyyat fakültəsinin dekanı Yaqub Piriyev, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə ölkəmizdə gənclərin təhsil almaları üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə öz dərin minnətdarlığını bildirmişlər.

Mərasimdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Bakı şəhərinin baş memarı Akif Abdullayev, təhsil nazirinin müşaviri İlham Pirməmmədov, Bakı  Metropoliteninin rəisi Tağı Əhmədov da çıxış edərək məzunları təbrik etmiş, onlara ən xoş arzularını bildirmişlər.

Tədbirdə universiteti  əla qiymətlərlə bitirən, ictimai işlərdə fəal çalışan məzunlara fərqlənmə diplomu və fəxri fərmanlar təqdim olunmuşdur.

Məzunların buraxılış gecəsi konsert proqramı ilə başa çatmışdır.  

Akif HACIYEV,
AMİU-nun Azərbaycan dili və pedaqogika kafedrasının dosenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov