Xəzər Universitetinin musiqi və incəsənət departamenti
universitetin mədəniyyət mərkəzində tələbələrin
rəssamlıq, xalçaçılıq və zərgərlik sahəsində
fəaliyyətini əks etdirən yekun sərgi təşkil etmişdir.
Xəzər Universitetindən AzərTAc-a bildirmişlər ki,
sərginin açılışında musiqi və incəsənət departamentinin
müdiri Zülfiyyə Sadıqova tələbələrin tədris ili ərzində
yaradıcılıq fəaliyyəti barədə məlumat vermişdir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.
Universitetin təsisçisi, direktorlar və qəyyumlar
şurasının sədri, professor Hamlet İsaxanlı sərgidə əl
işləri nümayiş etdirilən tələbələri təbrik etmiş, yeni
yaradıcılıq uğurları arzulamışdır.
Tədbirdə Azərbaycan şairlərinin şeirlərindən nümunələr
söylənmiş, mahnılar ifa olunmuşdur. |