Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Müəllimlər İnstitutu

2013-2014-cü tədris ili üçün aşağıdakı ixtisaslar üzrə yenidənhazırlanma təhsilinə
dinləyici qəbulu
elan edir:

 

1.  Azərbaycan dili və ədəbiyyat  müəllimliyi;

2.  Məktəbəqədər təlim və tərbiyə;

3.  Təhsildə sosial-psixoloji xidmət.  

Yenidənhazırlanma təhsilinə qəbul olmaq üçün aşağıdakı sənədlər təqdim edilir:

1. Rektorun adına ərizə;

2. Təhsil haqqında sənədin (diplomun) əsli və surəti;

3. Əmək kitabçasının müəssisə rəhbəri tərəfindən təsdiq edilmiş surəti;

4. 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə, rəngli);

5. Şəxsiyyət vəsiqəsinin surəti.

Sənədlərin qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"  haqqında 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı və Azərbaycan Respublikası təhsil nazirinin 04 oktyabr 2010-cu il tarixli 1297 nömrəli  əmri  əsasında aparılır.

Təhsil müddəti 8 aydır.

Təhsil ödənişlidir.

Sənədlərin qəbulu Azərbaycan Müəllimlər İnstitutunda 2013-cü il iyul ayının 5-dən başlanır. Sənədlər  hər gün (bazar günlərindən başqa)  saat 10:00-dan 18:00-dək 810-cu otaqda qəbul olunur. 

Ünvan: AZ 110, Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 104.

Əlaqə telefonları: 465-29-76; 564-01-75 

REKTORLUQ

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov