Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Qazaxda Uşaq Əyləncə Mərkəzinin açılışı olmuşdur

 

Böyütmək üçün şəkili seçinPrezident İlham Əliyev mərasimdə iştirak etmişdir

 İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxda Uşaq Əyləncə Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə vacib layihələr həyata keçirir. Bu sahə ilə bağlı müvafiq Dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter almışdır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur.

Azərbaycan Prezidenti Uşaq Əyləncə Mərkəzində yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, ətraf ərazidə abadlıq-quruculuq işləri aparılmış, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır. Mərkəzin ərazisi 1,2 hektardır. Mərkəzin qarşısında sahəsi 1080 kvadratmetr olan süni göl yaradılmışdır ki, bu da binanın görünüşünə daha da gözəllik qatır. Mərkəzin tikinti sahəsi 400 kvadratmetrdir.

Bildirildi ki, Uşaq Əyləncə Mərkəzinin tikintisinə 2013-cü ilin yanvarında başlanmışdır. Burada istirahət edən uşaqlara 8 nəfərlik işçi heyət nəzarət edəcəkdir. Mərkəzdə kompüter zalı, inzibatçı otağı, oyun zalı, bufet-kafe, mətbəx və xidmət heyəti üçün otaqlar vardır.

Dövlətimizin başçısı mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov