Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Bakı Dövlət Universiteti Elmi Şurasının iclası

 

İyulun 9-da Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının iclası keçirilmişdir.

Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, iclasda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulamış və dövlətimizin başçısının müvafiq sahənin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışmışdır.

BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İradə Əliyeva 2012-2013-cü tədris ilinin yay imtahan sessiyasının nəticələri və qeyd edilən tədris ilində yay tədris və istehsalat təcrübələrinin keçirilməsi, yay semestrinin təşkili haqqında məruzə etmişdir.

Sonra BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin hesabatı dinlənilmişdir.

BDU-nun iqtisadi və təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı universitetin Quba Tədris-Təcrübə Bazasında görülən işlərin vəziyyəti barədə məruzə etmişdir.

Tədris ilinin yekunları üzrə "İlin dekanı", "İlin kafedra müdiri" və "İlin müəllimi" müsabiqələrinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov