Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Azərbaycan Dillər Universitetində "Amerika günü" qeyd olunmuşdur

 

İyulun 6-da Azərbaycan Dillər Universitetində (ADU) Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Gününə həsr olunmuş "Amerika günü" adlı tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, ABŞ-ın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə təşkil olunan tədbir Azərbaycanın və ABŞ-ın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır.

ADU-nun  rektoru,  Milli  Məclisin deputatı,  professor  Səməd  Seyidov Amerikanın  müstəqilliyinin  237-ci  ildönümü  münasibətilə tədbir iştirakçılarını  təbrik  etmişdir.  Ölkələrimiz  arasında  münasibətlərdən danışan  rektor  bildirmişdir  ki,  hazırda  Azərbaycan-Amerika  əlaqələri  yüksək  səviyyədədir  və  hər  iki  ölkənin  dövlət  başçısının  yürütdüyü  məqsədyönlü  siyasət  nəticəsində  bu  əlaqələr  gündən-günə  inkişaf  edir,  möhkəmlənir.

ADU-da yaradılmış mərkəzlərdən söz açan S.Seyidov ölkələrimizin zəngin mədəniyyətlərinin qarşılıqlı təbliğində Amerika Mərkəzinin rolunu xüsusilə qeyd etmişdir. Rektor bu mərkəzin fəaliyyətinə göstərilən köməyə və ADU ilə səmərəli əməkdaşlığa görə ABŞ səfirliyinə təşəkkür etmişdir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini söyləmiş, respublikamızın son illər qazandığı nailiyyətləri xüsusi vurğulamışdır. ABŞ-ın milli bayramının ADU-da qeyd olunmasını yüksək dəyərləndirən diplomat tədbirin təşkilatçılarına minnətdarlığını çatdırmış, ADU ilə ABŞ səfirliyi arasında əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini bildirmişdir.

ADU-nun Amerika Mərkəzinin danışıq klubu üzvləri ABŞ rəqslərini ifa etmişlər.

Sonra tədbir iştirakçıları ABŞ-ın müxtəlif ştatlarına həsr edilmiş sərgilərlə tanış olmuşlar.

Tədbir Azərbaycan və ABŞ musiqi qruplarının konserti ilə davam etmişdir. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov