Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Yardımlıda yeni məktəb binaları tikilir

 

Dövlət  Proqramı çərçivəsində Yardımlı rayonunda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində  ardıcıl tədbirlər həyata keçirilir.

Rayon təhsil şöbəsinin müdiri Manaf Alışovdan aldığımız məlumatda bildirilir ki, rayonun Alçabulaq, Ostayır, Avaş kəndlərində 220,  Anzovda 180, Zevində 360, Fındıqlı-Qışlaq, Zenqaran, Sovqat kəndlərində isə 80 şagird yerlik məktəb binaları tikilir.

Yeni məktəblərdə müasir standartlara cavab verən akt, idman zalları, fənn kabinetləri, yeməkxana, kitabxana, tibb kabineti, sanitar qovşaq və digər kabinetlər nəzərdə tutulmuşdur. Tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək yeni binaların  qarşıdakı dərs ilinədək  istifadəyə verilməsi nəzərdə tutulmuşdur.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov