Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Vahid tarix dərsliklərinin konsepsiyası oktyabrda təsdiq olunacaq

 

Yaxın zamanlarda ictimaiyyətə orta məktəblər üçün Rusiya tarixi üzrə vahid dərsliklər konsepsiyası üzərində aparılan işlərin ilk nəticələri təqdim olunacaq. Xatırladaq ki, belə dərsliklərin yaradılması zəruriliyi haqqında Rusiya Federasiyasının prezidenti Vladimir Putin bəyanat vermişdir.

Hazırda vahid dərsliklər konsepsiyasının nümunəvi strukturu, habelə tarixi-mədəni standartların layihəsi işlənib hazırlanmışdır. Rusiya Təhsil və Elm Nazirliyinin saytında dərc olunmuş "yol xəritəsi"nə müvafiq olaraq işçi qrupu hər iki sənədə Rusiya tarixi və hərbi-tarixi ictimaiyyətinin iştirakı ilə baxmalıdır.

Təhsil və Elm Nazirliyində qeyd edildiyi kimi, tarixi-mədəni standartlar özündə keçmişin ən mühüm hadisələrinin prinsipial qiymətləndirilməsini, öyrədilməsi zəruri olan mövzuların siyahısı ilə məktəblərdə vətən tarixinin tədrisinə əsas yanaşmaları, anlayış və terminləri, Rusiyada vahid mədəni-tarixi məkan formalaşdırılmasına yardım göstərilməsinə çağırışı birləşdirir.

Avqustun sonunadək, eləcə də avqust konfranslarında standartların geniş müzakirəsi nəzərdə tutulur. Vahid tarix dərslikləri konsepsiyasının ictimai müzakirəsi isə sentyabra planlaşdırılmışdır. Bu ilin oktyabrında konsepsiya üzərində iş başa çatdırılacaq və dərsliklərin özünün yaradılmasına başlanacaq.

"Uçitelskaya qazeta"dan
Hazırladı: Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov