Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Başqırdıstan universiteti Şanxay Əməkdaşlıq Təşkilatının Universitetlər Şəbəkəsinə daxil olub

 

M.Akmulla adına Başqırdıstan Dövlət Pedaqoji Universiteti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Universitetləri Şəbəkəsinə daxil edilib. Universitetlər Şəbəkəsi Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin və müşahidəçi ölkələrin 50 ali məktəbini birləşdirir. Şəbəkə çərçivəsində kadr hazırlığı iştirakçı ölkələrin mədəniyyət, elm, təhsil və iqtisadiyyat sahələri üzrə prioritet istiqamətlərdə aparılır. Bunlar energetika, nanotexnologiya, tikinti, maşınqayırma, ekologiya, metallurgiya, nəqliyyat, tarix, pedaqogika, linqvistika, informasiya texnologiyalarıdır.

Rusiya Təhsil və Elm Nazirliyinin reytinqinə uyğun olaraq Başqırdıstan Dövlət Pedaqoji Universiteti ölkənin liderlik edən səmərəli pedaqoji ali məktəbləri sırasında yerləşir. Başqırdıstan baş nazirinin müavini Salavat Saqitovun sözlərinə görə, ali məktəbin ŞƏT universitetlərinin tərkibinə daxil olması BDPU-nun imkanlarını genişləndirəcək və beynəlxalq səviyyədə tanınmasını təmin edəcək ki, bu da respublikada elm və təhsilin inkişafına şərait yaradacaq.

"Tələbələrin, aspirantların, alimlərin qarşılıqlı mübadiləsinin genişləndirilməsi, müasir təhsil metodika və texnologiyalarının tətbiqi Başqırdıstana qlobal təhsil sisteminin bir hissəsi olmağa real imkan verir", - deyə BDPU-nun rektoru, professor Rail Asadullin bildirib.

O izah edib ki, ŞƏT Universitetləri proqramı üzrə təhsil alan tələbə istənilən semestrdən öz təhsilini həmin proqramı reallaşdıran baş xarici ali məktəbdə pulsuz davam etdirmək imkanına malikdir. Nəticədə gənc oxumağa başladığı ali məktəbin diplomun və ya qısa müddət ərzində əlavə təhsil alıb həm də ŞƏT universitetlərinin vahid diplomuna yiyələnir. Beləliklə, sistemdə beynəlxalq standartlı ikili diplom almaq mexanizminin əsası qoyulub. 

"Uçitelskaya qazeta"dan
Hazırladı: Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov