Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 İyul 2013 - №27

 

Ümumtəhsil məktəblərinin məzunlarının gümüş medalla təltifi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nın 6-cı bəndini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini, habelə həmin məzunların X-XI siniflərdə oxuduqları müddətdə bir və ya bir neçə fəndən illik "4" qiymət aldıqlarını əsas tutaraq / 

ƏMR EDİRƏM: 

I. Aşağıda adları qeyd edilən XI sinif məzunları gümüş medalla təltif olunsunlar:

1. Rəhimli Rəhim Novruz oğlu - Akademik Zərifə Əliyeva adına lisey

2. Süleymanov Allahverdi Bəhruz oğlu - Bakı Avropa Liseyi

3. Kazımlı Mirəşrəf Mirsamir oğlu - Bakı Özəl Türk Liseyi Lənkəran filialı

4. Gözəlov Gülağa Ağagül oğlu - Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi

5. Ramazanzadə Elvin Orxan oğlu - Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi

6. Pirmun İradə Vaqif qızı - Şirvan şəhəri 1 nömrəli tam orta məktəb

7. Məmmədov Mirabbas Seyidxan oğlu - Şirvan şəhəri 16 nömrəli tam orta məktəb

8. Həsənli Ömər Bəşir oğlu - Tovuz şəhəri A.S.Puşkin adına tam orta məktəb

9. Sadıqlı Polad Azər oğlu - Tovuz rayonu Əyyublu kənd tam orta məktəbi

10. Murğuzova Nərminə Sahib qızı - Tovuz rayonu Bozalqanlı kənd tam orta məktəbi 

II. Gümüş medala layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılsın.

III. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və Nazirliyin rəsmi İnternet saytında yerləşdirilməsini təmin etsin. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
17 iyul 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov